Azərbaycan və İndoneziya xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İndoneziya xarici işlər nazirləri arasında telefon danışığı olub
  • Siyasət

  • Noyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi arasında telefon danışığı olub.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, nazirlər bölgədə mövcud vəziyyəti müzakirə edib, o cümlədən tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıblar. Birgə bəyanatın bölgədə dayanıqlı sülh və inkişafın təmin edilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

    Nazirlər, həmçinin ölkələr arasındakı ikitərəfli münasibətləri müzakirə edib, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə dair fikir mübadiləsi aparıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər