Prezidentə təbriklər gəlməkdə davam edir

Prezidentə təbriklər gəlməkdə davam edir
  • Siyasət / Maraqlı

  • Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Leqal.az xəbər verir ki, təbrikdə deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli vəzifəyə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinə rəhbərlik etmək şərəfinə nail olmuşam. Seçkilər zamanı nümayiş olunan mütəşəkkillik, ədalət və inklüzivlik bizim komandamızda dərin xoş təəssürat yaratmışdır.

    Son iyirmi il ərzində Azərbaycanın bənzəri olmayan yüksəlişinin təmin edilməsində Sizin uzaqgörən rəhbərliyiniz mühüm rol oynamışdır. Sizin iqtisadi inkişaf, infrastruktur və sosial təminat sahələrində nailiyyətləriniz Azərbaycanı dünya arenasında yüksəltməklə yanaşı, digər ölkələr üçün ilhamverici nümunə olmuşdur. Əminəm ki, yeni prezidentliyiniz dövründə Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti daha çox uğur əldə edəcəkdir.

    Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı və “ŞƏT ailəsi”nin vacib üzvüdür. Bu xüsusda, ŞƏT-in fəaliyyətində Azərbaycan Respublikasının fəal iştirakına, həmçinin Sizin təşkilatımızın fəaliyyətinə göstərdiyiniz şəxsi dəstəyə görə minnətdarlığımı ifadə edirəm.

    Zati-aliləri, Sizinlə və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa hazır olduğumuzu bəyan edirəm. Qoy, Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq qarşılıqlı anlayışı, sülhü və rifahı təşviq edərək daha da möhkəmlənsin!

    Bizim Azərbaycana səfərimiz zamanı ŞƏT nümayəndə heyətinə göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkür edirik.

    Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə yeni zirvələrə çatacaq”.

    ***

    Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    “Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli İlham Heydər oğlu.

    Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

    Azərbaycan vətəndaşları xalqın əsl lideri, ölkənin sabit inkişafını təmin etməyə, onun suverenliyini qoruyub saxlamağa, dünyanın geosiyasi arenasında respublikanın mövqelərini möhkəmləndirməyə qadir olan güclü müdrik siyasi xadim kimi növbəti dəfə Sizi dəstəklədilər.

    Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

    ***

    Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

    “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli İlham Heydər oğlu.

    Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Azərbaycan xalqının geniş dəstəyi respublikanın firavanlığı və inkişafı istiqamətində həyata keçirdiyiniz kursun uğurlu olduğunu sübut edir.

    Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh, rifah və əmin-amanlıq arzu edirəm”

    Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

    “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli İlham Heydər oğlu.

    Çoxmillətli Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    Siz xalqınızın həqiqi lideri, müdrik rəhbərsiniz. Müasir və dinamik inkişaf edən Azərbaycanın uğurları haqlı olaraq Sizin adınızla əlaqələndirilir.

    Əminəm ki, Azərbaycan ilə Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı gələcəkdə də möhkəmlənəcək və respublikalarımızın sosial-iqtisadi inkişafına imkan yaradacaq, xalqlarımızın maraqlarına xidmət edəcəkdir.

    Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yeni-yeni uğurlar, səadət, möhkəm cansağlığı, doğmalarınıza və yaxınlarınıza əmin-amanlıq arzulayıram”

    ***

    Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

    “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli İlham Heydər oğlu.

    Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Azərbaycanda seçkilərin nəticələri milli lider kimi xalqın Sizə göstərdiyi çox böyük etimadın bariz sübutu və son iyirmi ildə Sizin rəhbərliyinizlə dövlətinizin bir çox sahələrdə və beynəlxalq miqyasda əldə etdiyi uğurların əyani təsdiqidir.

    Rusiya həmkarlar ittifaqları Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizi və həmkarlar ittifaqı hərəkatına dəstəyinizi yüksək qiymətləndirir.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifədə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər