Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb.
Leqal.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.