"Azərbaycan Respublikasının suverenliyinin 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirlərindən sonra tamamilə bərpa edilməsini alqışlayırıq".
Bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə bildirilib.
Bəyannamədə, həmçinin Azərbaycan hökumətinin reinteqrasiya səyləri, Azərbaycanda münaqişədən sonrakı bərpa və yenidənqurma işləri dəstəklənib.
Bundan başqa, türk dövlətləri bəyan edib ki, bu işdə onlar Azərbaycana öz töhfələrini davam etdirməyə hazırdırlar.