"Azərbaycan Ordusu Ermənistan bölmələrinin mövqelərini atəşə tutmayıb".
Bu barədə Leqal.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.