Bakı Laçın dəhlizini bağlayır

Bakı Laçın dəhlizini bağlayır
  • Siyasət

  • Bakı Laçın dəhlizinin iş rejimini dəyişmək istəyir.

    Leqal.az xəbər verir ki, belə iddia ilə Ermənistan Baş naziri Nikol Paşinyan çıxış edib.

    “Azərbaycan Laçın dəhlizinin birtərəfli açılması, yəni Qarabağdan çıxışa icazə verilməsi, girişin qadağan edilməsi üçün layihələr hazırlayır”, - Paşinyan bildirib.

    Paşinyan iddia edib ki, hazırda Ermənistanda Qarabağdan olan çoxlu sayda sakin var və 5 min nəfəri Laçın dəhlizinin bağlı olması, 30 min nəfər isə Üçtərəfli Bəyanatın 7-ci maddəsinin yerinə yetirilməməsi səbəbindən geri qayıda bilmir.

    “Azərbaycanın əsas vəzifəsi erməniləri etnik təmizləmə, aclıq, hərbi əməliyyatlar və digər üsullarla Qarabağdan çıxarmaqdır”, - Paşinyan bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər