Mülki ermənilər “Laçın” postunda

Mülki ermənilər “Laçın” postunda
  • Siyasət

  • Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

    Bununla bağlı avqustun 8-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

    Onların sənədləri yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.

    Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
    axar.az
    PAYLAŞ:

    Oxşar xəbərlər