Hikmət Hacıyev: “Azərbaycan və Səudiyyə Ərəbistanı güclü strateji əlaqələri inkişaf etdirməyə çalışır”

Hikmət Hacıyev: “Azərbaycan və Səudiyyə Ərəbistanı güclü strateji əlaqələri inkişaf etdirməyə çalışır”
  • Siyasət / Maraqlı

  • “Azərbaycan dost və qardaş dövlət kimi qəbul etdiyi Səudiyyə Ərəbistanı ilə güclü strateji əlaqələr qurmağa çalışır”.

    Leqal.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzetinə müsahibəsində deyib.

    Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər dostluq, qardaşlıq və tərəfdaşlıq xarakteri daşıyır.

    “Azərbaycan xalqı qardaş ölkə Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləməklə bağlı qəti mövqeyini yüksək qiymətləndirir. Öz növbəsində, Azərbaycan da Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücumları qeyd-şərtsiz pisləyir, bunları qəbuledilməz hesab edir”, - H.Hacıyev söyləyib.

    Azərbaycan Prezidentinin köməkçisinin sözlərinə görə, Bakı ilə Ər-Riyad arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

    “Turizm bizim üçün vacib sahələrdən biridir: Azərbaycan ilə Krallıq arasında birbaşa uçuşların sayı artır”, - o bildirib.

    Statistikaya görə, 2022-ci ildə Azərbaycana 100 minə yaxın Səudiyyə Ərəbistanı vətəndaşı səfər edib: “Biz əlaqələrdə daha da irəliləyiş olacağını gözləyirik, Səudiyyə Ərəbistanı ilə iqtisadi-ticarət sektorunda əməkdaşlığı daha da inkişaf etdirməyə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi sahələrdə investisiyaların və əlaqələrin artmasına çalışırıq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər