Prezident İlham Əliyev yenidən Özbəkistan Prezidenti seçilməsi münasibətilə Şavkat Mirziyoyevi təbrik edib

Prezident İlham Əliyev yenidən Özbəkistan Prezidenti seçilməsi münasibətilə Şavkat Mirziyoyevi təbrik edib
  • Siyasət / Maraqlı

  • İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

    Leqal.az xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirib. Dövlətimizin başçısı Özbəkistanın qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini bildirib.

    Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər