Azərbaycan Prezidenti BMT-nin Cenevrədəki ofisinin baş direktorunu ermənilərin mina terroru barədə məlumatlandırıb

Azərbaycan Prezidenti BMT-nin Cenevrədəki ofisinin baş direktorunu ermənilərin mina terroru barədə məlumatlandırıb
  • Siyasət

  • Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının ermənilər tərəfindən minalarla çirkləndirilməsi ilə bağlı BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı məlumatlandırıb.

    Leqal.az Report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Bakıda səfərdə olan T.Valovayanı iyulun 6-da qəbul edərkən bildirib.

    Azərbaycanın Ermənistan işğalından azad edilmiş torpaqlarımızın minalarla çirkləndirilməsi problemi ilə üzləşdiyini qeyd edən dövlət başçısı minaların təmizlənməsinin də Dayanıqlı İnkişaf Məqsədi kimi təsbit olunmasının vacibliyini bildirib.

    Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyini və ölkəmizin humanitar minatəmizləmə sahəsində müasir texnologiyalardan səmərəli şəkildə istifadə etdiyini bildirib.

    Dövlət başçısı vurğulayıb ki, 2020-ci il noyabrın 10-dan sonra 300-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər