Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı əsassız iddialarla bağlı açıqlama yayıb.
Bu barədə Leqal.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
“Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, - rəsmi məlumatda bildirilib.