AR Müdafiə naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

AR Müdafiə naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
  • Siyasət

  • Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

    Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər