Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının sədrini təbrik edib

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının sədrini təbrik edib
  • Siyasət

  • Prezident İlham Əliyev Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.

    LEQAL.AZ-ın məlumatına görə, məktubda deyilir:

    "Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan-Sudan münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".
    PAYLAŞ:

    Oxşar xəbərlər