Üçrəngli Azərbaycan bayrağı qardaş Türkiyənin ən gözəl məkanlarında - FOTOREPORTAJ

Üçrəngli Azərbaycan bayrağı qardaş Türkiyənin ən gözəl məkanlarında - FOTOREPORTAJ
  • Siyasət / Maraqlı

  • Rəngləri ilə türkçülük, müasirlik və islamçılığı özündə birləşdirən üçrəngli bayrağımız milli birliyimizin simvoludur. Sevincli günlərimizdə də, çətinə düşəndə də milli bayrağımıza olan məhəbbətlə ölkəmiz, xalqımız və dövlətimizə bağlılığımızı nümayiş etdirmək, əldə etdiyimiz milli sərvətlər sırasındadır.

    azətac xəbər verir ki, qardaş Türkiyədə də bayrağımıza məhəbbət Azərbaycan sevgisini tərənnüm edən ən müqəddəs varlığa çevrilib.

    Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və hərbi təxribatları səbəbindən Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları başlayan andan bəri üçrəngli, ay-ulduzlu bayrağımız da qardaş Türkiyənin ən gözəl məkanlarına yaraşıq verir. Bu məhəbbət Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstəyin bariz göstəricisi kimi tarixə düşüb. İki qardaş ölkənin bayraqları qoşa dalğalananda isə daha əzəmətli görünür.

    PAYLAŞ:

    Oxşar xəbərlər