Türkiyənin xarici işlər naziri Ermənistanın son irimiqyaslı hərbi təxribatları barədə məlumatlandırılıb

Türkiyənin xarici işlər naziri Ermənistanın son irimiqyaslı hərbi təxribatları barədə məlumatlandırılıb
  • Siyasət

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov özünün tviter hesabında bildirib.

    Nazir qeyd edib: “Qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı oldu. Danışıq zamanı Ermənistanın son irimiqyaslı hərbi təxribatları barədə məlumat verildi. Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və təcavüzün dayandırılmasının vacibliyi vurğulandı”.
    PAYLAŞ:

    Oxşar xəbərlər