“Denən görüm, necəsən?”

“Denən görüm, necəsən?”
  • Mədəniyyət

  • (Əli Rzazadədən Şəhid Teymur Abbaslıya ithafən)

    Denən görüm necəsən,

    Necə çatdın arzuna?

    Necədir ölümsüzlük?

    Döndün dan ulduzuna.

    ***
    Necədir, Cənnət bağı,

    Necədir, laləzarlar,

    Sən gedəli, il olmuş,

    Doğmalar sənsiz ağlar.

    ***
    Sən gedəli, ağaclar,

    Çiçək açmır həyətdə,

    Sən gedəli, uşaqlar,

    Daha qaçmır həyətdə.

    ***
    Sən gedəli, dəyişib

    Göy səmanın rəngi də,

    Adam bilmir neynəsin,

    Sənli günü ləngidə.

    ***
    O sənli küçəmizin,

    Xoş sədası kəsilib,

    Dik duruşlu çinarın,

    Sənsiz beli əyilib.

    ***
    And içdin: “dəyişmərəm

    vətəni, Cənnət olsa..”

    Sən vətəni Cənnətə

    Dəyişirsənmi yoxsa?!

    ***
    Saatlar, günlər donur,

    Hər baxdıqca şəklinə,

    Gözlərindən oxuram,

    Nə gəlirsə dilinə.

    ***
    Deyirsən: “Cənnətdəyəm,

    Andım da yadımdadır,

    Cənnət dediyin məkan

    Vətənin altındadır!”

    ***
    Denən görüm necəsən,

    Necə çatdın arzuna?

    Necədir ölümsüzlük?

    Döndün dan ulduzuna.


    Müəllif: Əli Rzazadə
    PAYLAŞ:

    Oxşar xəbərlər