Prezident Xuraman Qasımovanı təltif etdi

Prezident Xuraman Qasımovanı təltif etdi
  • Mədəniyyət

  • Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilib.

    LEQAL.AZ-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Qeyd edək ki, Azərbaycan opera müğənnisi (soprano), pedaqoq, Xalq artisti Xuraman Qasımova 6 iyun 1951-ci ildə Bakıda doğulub. Sabah onun 70 yaşı tamam olur.
    PAYLAŞ:

    Oxşar xəbərlər