Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb

Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb
  • Mədəniyyət

  • Bu gün mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb.

    Bu barədə nəvəsi Rüfət Qarazadə məlumat verib.

    O bildirib ki, abidənin açılışı mayın 7-də, mərhum şairin vəfatının ildönümündə baş tutacaq.

    Qeyd edək ki, Musa Yaqub ötən il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində vəfat edib. O, vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

    Xatırladaq ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

    apa
    PAYLAŞ:

    Oxşar xəbərlər