Regional Mədəniyyət İdarəsinin cari ilin yekunlarına dair hesabat iclası keçirilib

Regional Mədəniyyət İdarəsinin cari ilin yekunlarına dair hesabat iclası keçirilib
  • Mədəniyyət

  • Masallı Regional Mədəniyyət İdarəsinin cari il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib. İdarə Aparatının məsul əməkdaşları və tabe mərkəzi mədəniyyət müəssisələrinin rəhbər işçilərinin iştirak etdiyi iclasda hesabat ili ərzində görülmüş işlər nəzərdən keçirilib, növbəti il üzrə əsas prioritetlər müəyyən edilib.

    Çıxışlardan əvvəl Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda həyatından keçmiş şəhidlərin əziz xatirəsi sükutla anılıb.
    İclasda geniş hesabat məruzəsi ilə çıxış edən İdarə rəisi Bəxtiyar Qılıncov müəssisələrin cari iş ili ərzindəki fəaliyyətlərinin müxtəlif aspektlərinə nəzər yetirərək əldə olunmuş uğurlar, nöqsan və çatışmazlıqlara toxunub, növbəti illə bağlı əsas istiqamətləri müəyyən edib.

    Tədbir iştirakçılarını salamladıqdan sonra hesabat nitqinə başlayan rəis il ərzində müəssisələrdə müxtəlif məzmunlu mədəniyyət tədbirlərinin keçirildiyini deyib, bu istiqamətdə bir sıra uğurlu işlərin görüldüyünü qeyd edib. Belə ki, İdarə rəisi "Nizami Gəncəvi İli" çərçivəsində həyata keçirilmiş bir çox tədbirləri uğurlu hesab edərək bu kontekstdə baş tutmuş ədəbi-bədii kompozisiya, tamaşa və digər tədbirlərin ictimai-tərbiyəvi əhəmiyyət daşıdığını bildirib. Rəis eyni zamanda, bir sıra aktual problemlərə, o cümlədən ictimaiyyəti düşündürən və narahat edən mövzulara həsr olunmuş teatr kompozisiyaları və tədbirləri, sakinlərin asudə vaxtının faydalı təşkilinə hesablanmış onlayn musiqili-bədii proqramları, bayram və əlamətdar günlər münasibətilə, eləcə də keçirilmiş digər mədəniyyət tədbirlərini yüksək qiymətləndirib. Qeyd olunanlarla yanaşı, rəis müvafiq sahə üzrə cari ildə yeni mədəni kontent və keyfiyyətin yaradılması məqsədilə yeni başlanılan layihələrdən də danışıb, sözügedən layihələrdən olan "Mədəniyyət kəndlərdə" tədbirlərinin uğurla icra olunduğunu iclas iştirakçılarının nəzərinə çatdırıb.

    İdarə rəisi B. Qılıncov ötən il start verilmiş optimallaşdırma tədbirlərinin cari ildə də uğurla davam etdirildiyini bildirib. Rəis müəssisələrdə aparılan sənədləşmə işlərinin müvafiq normativlərə uyğun tərtib olunması məsələsinə də münasibətini ifadə edib, bu sahədə müəyyən irəliləyişlərə nail olunduğunu qeyd edib. O, eyni zamanda müəssisədaxili intizam qaydalarına riayət olunduğunu deyib, bu amilin icra və əmək intizamının yüksəldilməsi məqsədilə yerlərdə müntəzəm aparılmış monitorinqlərin və ciddi tapşırıqların birbaşa nəticəsi olduğunu vurğulayıb.

    Rəis məruzədə Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə münasibətdə həyata keçirilmiş işlərdən də söz açıb, sözügedən statustan olan bir çox vətəndaşın region üzrə mədəniyyət müəssisələrində işə qəbul edildiyini bildirib. Paralel olaraq, bayram və əlamətdar günlərdə şəhid ailələri və qazilərə göstərilmiş sosial dəstək tədbirlərindən danışılıb.

    İdarə rəisi B. Qılıncov koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülmüş işlərdən bəhs edərək region üzrə işçi kontingentinin vaksinasiya prosesinə cəlb olunduğunu qeyd edib. Rəis bundan əlavə, müəssisə binalarının vaxtaşırı dezinfeksiya edildiyini, sanitar-gigiyenik normalara riayət olunmasına ciddi nəzarətin rəhbərlər tərəfindən təmin olunduğunu bildirib.

    Rəis sonra sosial media üzrə fəaliyyətlər, təmir-bərpa işləri, texniki təminat məsələləri və digər problemlərə də diqqət ayırıb, növbəti ildə görüləcək işlərə dair prioritet istiqamətləri açıqlayıb.

    Sonra müəssisə rəhbərlərindən Əntiqə Tağıyeva, Dilbər İbayeva, Fərhad Qurbanov, Ofeliya Qəhrəmanova, Ramil İbrahimov, Qənimət İsrafilova, Əli İsgəndərov və Azər Əhədzadə hesabat məruzəsi ilə çıxış ediblər. Hesabatlarda ilboyu müəssisələr tərəfindən görülmuş işlərdən söhbət açılıb, təkliflər səsləndirilib.

    Daha sonra İdarənin baş məsləhətçisi Ayaz Əliyev tabe qurumların fəaliyyətindən danışıb, müəssisələrarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin faydalarından bəhs edib.

    Növbəti il üzrə əsas məsələlərin müzakirəsindən sonra hesabat iclası öz işini yekunlaşdırıb.
    Təqdim olunan fotosessiya Elsevər Əliyevə məxsusdur.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər