Uzun fasilədən sonra Şuşa Dövlət Musiqili Dram Teatrı tamaşaçıların görüşünə gəlir

Uzun fasilədən sonra Şuşa Dövlət Musiqili Dram Teatrı tamaşaçıların görüşünə gəlir
  • Mədəniyyət

  • Teatrların fəaliyyətə başlaması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarından sonra teatrlar qapılarını tamaşaçıların üzünə açır.

    LEQAL.AZ xəbər verir ki, bu məqsədlə artıq bir sıra teatrlarda cari repertuarlarda olan tamaşaların məşqlərə başlanılıb və mədəniyyət ocaqları tamaşaçıları qəbul etməyə hazırdır.

    148-ci mövsümünü yaşayan Şuşa Dövlət Musiqili Dram Teatrı karantindən sonra 9 oktyabrda öz səhnəsində tamaşaçılarla ilk dəfə görüşəcək. 

    Nəzərdə tutulan tamaşalar sənət ocağında Xanımana Əlibəylinin müəllif olduğu “Dovşanın ad günü” (uşaqlar üçün) və Altay məmmədovun "Dəli Domrul" (böyüklər üçün) səhnə əsərləri nümayiş olunacaq.

    Qeyd edək ki, hər iki tamaşanın qurluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

    PAYLAŞ:

    Oxşar xəbərlər