Bir ildə ömürdən keçdi İlahi...

Bir ildə ömürdən keçdi İlahi...
  • Mədəniyyət

  • Bir ildə ömürdən keçdi İlahi
    İgidlər, oğullar, itirdi vətən.
    Toyunu görmüyən gənc, oğulları
    Torpağda gül kimi, bitirdi vətən.

    İki oğul, vətənə verən ananın
    Ürəyi həsrətdən dönübdür daşa.
    Onların qəbrinə yağan yağışlar,
    Bənzəyir ananın gözündə yaşa.

    Ana var zəhmətlə, bir övladını,
    Böyüdüb vətənə qurban veribdir.
    Ana var dərdindən zinharə gəlib,
    Dərd-kədər zamansız, qəddin əyibdir.

    Gör neçə balanın gözləri yolda
    Gözləyir nə vaxtsa, gələcək atam.
    Hərdən düşündükcə, bu mənzərəni
    Adam olduğunu, unudur adam.

    Biz üç min can verdik, öz canımızdan
    Nəhayət, qurtadıq biz bu bəladan.
    Bir nəfər varmı ki, söyləsin mənə
    Nə fərqi, Şuşanın Kərbübəladan ?

    Müjdəsin alacaq, cənnətdə bir gün
    Mütləqdir, şəhidlər ağam Hüseydən.
    Başların əyməyib zillət önündə,
    Dərs alıb, Şəhidlər imam Hüseyndən.

    Müəllif: Tofiq Aslan
    PAYLAŞ:

    Oxşar xəbərlər