Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş virtual kompozisiya nümayiş olunub

Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş virtual kompozisiya nümayiş olunub
  • Mədəniyyət

  • İyulun 30-da Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin səhnəsində "Haray" adlı ədəbi-bədii kompozisiya virtual olaraq nümayiş olunub.

    Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya Masallı Xalq Teatrının kollektivinin, Masallı Dövlət Regional Kollecinin tələbələrinin, eləcə də məktəblilərin iştirakı ilə səhnələşdirilib.

    Tamaşa-kompozisiyada Vətən müharibəsi şəhidlərindən İbrahim Rükabzadə, Sübhan Həsənov, Ramazan Vəliyev, İbrahim Lələyev və Rafael Hüseynovun həyatı və şərəfli döyüş yolundan bəhs edən səhnələr nümayiş olunub, vətənpərvərlik ruhunda mahnı və şeirlər səsləndirilib.

    Quruluşçu rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları Elsevər Əliyev və Ruslan Zahidov olan kompozisiya Masallı Regional Mədəniyyət İdarəsinin rəsmi "Facebook" səhifəsi vasitəsilə canlı yayımlanıb.

    Şəhid valideynləri övladlarına göstərilən ehtirama görə Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə, kompozisiyanın ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

     

    Akif AĞAYEV,
    MASALLI


    PAYLAŞ:

    Oxşar xəbərlər