Bu gün Xalq artisti İlham Əsgərovun doğum günüdür

Bu gün Xalq artisti İlham Əsgərovun doğum günüdür
  • Mədəniyyət / Maraqlı

  • LEQAL.AZ xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru sevimli sənətkar İlham Əsgərovun anadan olmasından 63 il ötür.

    İlham Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunu Xoşçobanlı kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirdikdən sonra, 1982-ci ildən Akademik Milli Dram Teatrında aktyor kimi işə başlayır.

    İstedadlı aktyor İlham Əsgərov Akademik teatrın ən populyar tamaşalarında belə iştirak edir. Onun müəllif olduğu Azərbaycan dövlət radiosunda məşhur "Bulaq" verilişinin aparıcısı kimidə tanınıb və xalqımızın yaddaşında qalıb.

    Qeyd edək ki, İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti, 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatı, Cəfər Cabbarlı mükafatı, fəxri adlarına layiq görülmüşdür.

    Mərhum aktiyor 6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib və doğulduğu ata yurdu Masallı rayonunun Xoşçobanlı kəndində dəfn olunub.

    Onuda bildirək ki, İlham Əsgərov Kərbala ziyarətinə olub.

    ALLAH rəhmət eləsin!

    PAYLAŞ:

    Oxşar xəbərlər