Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi İkinci Qarabağ müharibəsinin şəhidlərini ziyarət ediblər

Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi İkinci Qarabağ müharibəsinin şəhidlərini ziyarət ediblər
  • Mədəniyyət

  • Şuşa Dövlət Musiqili Dram Teatrının kollektiv Tovuz döyüşlərinin ildönümü ərəfəsində İkinci Şəhidlər xiyabanını ziyarət edib.

    Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi xalqımızın şanlı qəhrəmanlıq tarixinə  qızıl hərflərlə yazılan  İyul döyüşlərinin il dönümü ərəfəsində  Şəhid generalımız Milli Qəhrəman Polad Həşimovun, Milli Qəhrəman Polkovnik İlqar Mirzəyevin, Milli Qəhrəman polkovnik Şükür Həmidovun və İkinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan digər şəhidlərimzin məzarlarını ziyarət  etmişdir.

    Şuşa Dövlət Musiqili Dram Teatrından LEQAL.AZ-a verilən məlumata görə, teatrın aktyorları Nazir Rüstəmov, Teymur Məmmədov, Şükufə Musayeva , Xanirə İsgəndərova, Sevinc Ağayeva, Püstəxanım Zeynalova, Emin Sevdiməliyev, Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva  və digər aktyorların ifasında  açıq hava altında "Biz Sizə Borcluyuq " adlı ədəbi bədii kompozisiya ilə çıxış etmişlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər