Feysbuk istifadəçilərin məlumatlarının oğurlanması səbəbini

Feysbuk istifadəçilərin məlumatlarının oğurlanması səbəbini
  • Maraqlı

  • Feysbuk sosial şəbəkəsi bildirib ki, bu yaxınlarda 530 milyondan çox istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına səbəb onun sisteminə haker hücumu yox, cinayətkarların veb-resurslar yolu ilə şəxsi məlumatlara keçidi alması olub.

    LEQAL.AZ-ın məlumatına görə, bu barədə feysbukun rəsmi saytında dərc edilmiş xəbərdə deyilir.

    "Anlamaq əhəmiyyətlidir ki, cinayətkarlar informasiyanı bizim sistemlərimizdən haker hücumu yolu ilə yox, məlumatların platformamızdan çıxarılmasının köməyi ilə əldə etdilər", - açıqlamada deyilir. Qeyd edilir ki, sistemin məlumatların itkisinə səbəb olan çatışmazlıq aradan qaldırılıb.

    Daha əvvəl bildirilirdi ki, feysbukun 533 milyon nəfərdən çox istifadəçisinin şəxsi məlumatları haker forumuna yerləşdirilib. Forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə, 106 ölkədən olan istifadəçilərin tam adları, yerləri, doğum tarixləri, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları yayılıb./report
    PAYLAŞ:

    Oxşar xəbərlər