Mir Kazım Aslanlı "Sarəng"in qəbirüstü abidəsi ucaldılıb

Mir Kazım Aslanlı "Sarəng"in qəbirüstü abidəsi ucaldılıb
  • Maraqlı

  • Heykəltaraş İlqar Balayev mərhum Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlının doğulduğu Masallı rayonunun İsi kəndində qəbirüstü abidəsini hazırlayaraq fasad daşlarını yeniləyib.

    Masallı rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun təşəbbüsü ilə hazırlanmış Mir Kazım Aslanlı "Sarəng"in  qəbirüstü abidəsi, olduqca maraqlı görkəm alıb.

    HAŞİYƏ: Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur.

    Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb boya-başa çatdırmışdı.

    Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurur və bu nigahdan övladı olmur.

    Onuda qeyd edək ki, İstisuyun həqiqətən də müalicəvi olmasını Mirkazım Aslanlı sübut etmişdir. 

    Mir Kazım Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat edir, doğulduğu İsi kəndindəki qəbristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs “Göy öküzün məzarı”nın yaxınlığında dəfn olunur.

    www.leqal.az



    PAYLAŞ:

    Oxşar xəbərlər