Pərviz Abdullayev peşəkarlar arasında növbəti döyüşünü keçirəcək

Pərviz Abdullayev peşəkarlar arasında növbəti döyüşünü keçirəcək
  • İdman

  • “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev (77 kq) növbəti döyüşünü keçirəcək.

    LEQAL.AZ klubun rəsmi saytına istinadla xəbər verir ki, idmançımız iyunun 26-da İstanbulda təşkil olunacaq “Akın döyüş arenası” çərçivəsində qüvvəsini sınayacaq.

    P.Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq. Bu, kikboksçumuzun peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmanın 49-da (26-sı nokautla) qələbə qazanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər