AVRO-2020: İngiltərə millisi qələbə ilə başladı

AVRO-2020: İngiltərə millisi qələbə ilə başladı
  • İdman


  • Futbol üzrə Avropa çempionatının D qrupunda mübarizəyə start verilib.

    LEQAL.AZ-ın məlumatına görə, turnirin favoritlərindən İngiltərə millisi Xorvatiya ilə qarşılaşıb. Londondadkı "Uembli" stadionunda oynanılan matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Oyundakı yeganə qolun müəllifi isə Rəhim Sterlinq olub. İngiltərənin "Mançester Siti" klubunda çıxış edən hücumameylli yarımmüdafiəçi 57-ci dəqiqədə fərqlənərək, komandasına qələbə qazandırıb.
    Qeyd edək ki, D qrupunun digər qarşılaşması sabah Şotlandiya və Çexiya yığmaları arasında olacaq./report
    PAYLAŞ:

    Oxşar xəbərlər