AFFA “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə bağlı korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, YAŞAT Fondu, LU-MUN şirkəti, Qadın və Uşaq Sığınacağı, COVID-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) üçün biletlərin ayrılması barədə qərar qəbul edib.
LEQAL.AZ AFFA-ya istinadla xəbər verir ki, iyunun 12-də keçiriləcək Uels–İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsi tərəfindən həmin qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.
Qeyd edək ki, bu təşəbbüsün hədəf qrupu uşaqlardır.