“Williams” komandasının pilotu Nikolas Latifi Azərbaycan Qran-Prisində cəzalandırılıb

“Williams” komandasının pilotu Nikolas Latifi Azərbaycan Qran-Prisində cəzalandırılıb
  • İdman

  • Formula 1 Azərbaycan Qran-Prisini 16-cı pillədə başa vuran “Williams” komandasının pilotu Nikolas Latifi cəzalandırılıb.

    LEQAL.AZ xəbər verir ki, yarışda Maks Ferstappen (“Red Bull Racing Honda”) qəza etdikdən sonra yürüşün direktoru Maykl Masi bütün idmançıların pit-leynə getməsi barədə göstəriş verib. Buna məhəl qoymayan N.Latifi trekdə olub və təxliyə edilən bolidin yanından keçib.

    Məsələyə operativ qiymət verən yarışın stüardları pilota yürüşün nəticəsinə görə 10 saniyəlik “stop&go” və 3 cərimə xalı veriblər.

    Qeyd edək ki, N.Latifinin super lisenziyasına ilk dəfə cərimə xalı yazılacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər