“Türk Hava Yolları”na məxsus təyyarənin üzərində Türkiyə milli komandasının azarkeşlərinin adları yazılacaq

“Türk Hava Yolları”na məxsus təyyarənin üzərində Türkiyə milli komandasının azarkeşlərinin adları yazılacaq
  • İdman

  • Futbol üzrə Türkiyə milli futbol komandasını “Avro-2020”nin oyunları keçirəcəyi şəhərlərə aparacaq “Türk Hava Yolları”na məxsus təyyarəyə yerləşdiriləcək xüsusi formanın üzərində yığmanın azarkeşlərinin adları yazılacaq.

    LEQAL.AZ xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.

    Təşəbbüs Türkiyədə hər il böyük təntənə ilə keçirilən 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramına həsr olunub. Adını formaya yazdırmaq istəyən azarkeşlərin ad və soyadlarını mayın 23-dək şirkətin “tarihiforma.com” internet ünvanına göndərmələri xahiş olunur.

    Qeyd edək ki, keçən il “Tarixi səyahət” adı altında həyata keçirilən eyni təşəbbüslə “Türk Hava Yolları” 9 milyon nəfərin adını yazmaqla dünyada ən çox sərnişinə diqqət göstərən aviaşirkət olmuşdu.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər