Soydaşımız cüdo üzrə Amerika çempionu olub

Soydaşımız cüdo üzrə Amerika çempionu olub
  • İdman

  • ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş cüdo üzrə Amerika çempionatında soydaşımız Zaur Cəlil (Azərtürk) 73 kiloqram çəki dərəcəsində birinci yeri tutub.

    Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, bu, qızıl medala layiq görülən soydaşımızın cüdo üzrə Amerika çempionatında üçüncü qələbəsidir. Bundan əvvəl idmançı iki dəfə Amerika çempionatının qalibi olub.

    Təltif olunma mərasimində Zaur Cəlil qələbəni doğma Azərbaycan xalqına və işğaldan azad edilmiş Qarabağa həsr etdiyini bildirib.

    Qeyd edək ki, Amerika çempionu olan soydaşımız 1998-ci ildən ABŞ-da yaşayan, Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Telman Cəlilovun övladıdır. Z.Cəlil 2006-cı ildən indiyədək müxtəlif ştatlarda keçirilən yarışların qalibi olub, çoxsaylı medal və kuboklarla təltif edilib. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər