“Lester Siti” tarixində ilk dəfə İngiltərə kubokunun qalibi olub

“Lester Siti” tarixində ilk dəfə İngiltərə kubokunun qalibi olub
  • İdman

  • Mayın 15-də futbol üzrə İngiltərə kubokunun final görüşü keçirilib.

    LEQAL.AZ xəbər verir ki, turnirin həlledici görüşündə “Lester Siti” və “Çelsi” klubları üz-üzə gəlib.

    "Lester Siti" Londondakı "Uembli" stadionunda 21 min tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda "Çelsi"yə minimal hesabla qalib gəlib - 1:0.

    Oyunda yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

    Beləliklə, "Lester Siti" tarixində ilk dəfə İngiltərə kibokunun qalibi olub. "Tülkülər" kuboku əldə edən 44-cü komanda olub. Əvvəlki dörd finalda “Lester Siti” məğlubiyyətlə üzləşiblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər