Aprelin 13-ü Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə "Debat nədir?" mövzusunda onlayn seminar keçirildi.
Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, Debat və onun növləri haqqında ətraflı məlumat verən Aysel Sadıqlı qeyd etdi ki, debat bizə fikirlərimizi aydın, dəqiq və real ifadə etməkdə kömək edir.
Oyundakı mərhələlər, spikerlərin çıxış vaxtları və vəzifə öhdəlikləri, müzakirədə istifadə olunan metodlar, debatda seçilən mövzuların meyarlarından danışdı və debatın prinsiplərinin vacibliyini vurğuladı.
Seminarın sonunda könüllülər özünə inamın qiymətləndirilməsi ilə bağlı test suallarına cavab verdilər və testin nəticəsi müzakirə olundu.