İtaliya A Seriyası: “İnter” öz meydanında minimal hesabla qələbə qazanıb

İtaliya A Seriyası: “İnter” öz meydanında minimal hesabla qələbə qazanıb
  • İdman

  • Futbol üzrə İtaliya A Seriyasının La Liqasının 30-cu turunun növbəti oyunu keçirilib.

    LEQAL.AZ xəbər verir ki, turnir cədvəlinin lideri "İnter" öz meydanında autsayderlər siyahısında yerləşən "Kalyari" komandasını qəbul edib.

    Görüş "İnter"in minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 77-ci dəqiqədə Matteo Darmian olub. O, Əşrəf Hakiminin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

    Bu qələbə sayəsində xal ehtiyatını 74-ə çatdıran “İnter” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Kalyari” isə 22 xalla 18-ci yerdə qərarlaşıb.

    Qeyd edək ki, ikinci pillədə olan “Milan” ötən gün səfərdə “Parma”nı məğlub edib - 3:1.
    PAYLAŞ:

    Oxşar xəbərlər