Aprelin 3-də futbol üzrə İtaliya A Seriyasının 29-cu turunun növbəti oyunu keçirilib.
LEQAL.AZ xəbər verir ki, son çempion "Yuventus" komandası Turinin digər təmsilçisi “Torino” komandasının qonağı olub. Təhlükəli hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.
Meydan sahiblərindən hər iki qolu 27-ci və 46-cı dəqiqələrdə Antonio Sanabriya vurub. Qonaq komandadan isə Federiko Kyeza 13-cü, Kriştianu Ronaldu isə 81-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra xalını 55-ə çatdıran "Yuventus" 5-ci pillədə qərarlaşıb. "Torino" isə 23 xalla 17-dir. Hər iki komanda 27 oyun keçirib. Ronaldu isə 24 qolla bombardirlər siyahısında liderliyini davam etdirir.