Martın 31-i Azərbaycan İdman Könüllüləri ictimai birliyi ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "31 Mart Soyqırımı" adlı anım tədbiri keçirildi.
Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tarix müəlliməsi Tərlan Bədəlova çıxışında 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin salınması, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin mahiyyəti və məqsədləri barədə iştirakçılara ətraflı məlumat verdi.
Tərlan Bədəlova gənclərə tövsiyə etdi ki, yaddaşlarında bu tarixi hadisələri möhkəm saxlasınlar və bir daha bu tarixi yaşamamaq üçün düşmənlə mübarizəyə daim hazır olsunlar.