Hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

Hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirilib
  • İdman

  • Premyer Liqa və Birinci Divizion oyunlarına təyinat alan hakimlər üçün danışılmış oyunlarla bağlı Bakı Olimpiya Stadionunda seminar keçirilib.

    LEQAL.AZ AFFA-ya istinadla xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

    İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

    Hakimlərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda AFFA-ya məlumat verməyin vacibliyi vurğulanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər