Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən, AFFA-nın təşəbbüsü ilə yaradılacaq komandalar növbəti mövsümdən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirində iştirak edəcəklər.
LEQAL.AZ xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.