Türkiyənin Diyarbəkir şəhərində 21 yaşlı Mustafa Aslan 3 il evə gəlməyən bacısı Mərvə Aslana küçənin ortasında 4 dəfə atəş açaraq öldürüb.
LEQAL.AZ haberler.com-a istinadən xəbər verir ki, gənc oğlan bacısını namus üstündə qətlə yetirdiyini etiraf edib.
Belə ki, Mustafa bacısıyla görüşmək bəhanəsiylə Adıyamandan Diyarbəkırə gəlib. Görüş zamanı mübahisə əsnasında tapançanı çıxararaq 4 dəfə atəş açan qardaş polis tərəfindən saxlanılıb.
Mərvə Aslan isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.