Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov sürüşmə hadisəsi baş verən əraziyə gəlib.
apa-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, icra hakimiyyətinin başçısı hadisə zamanı zərər dəyən obyektlərə baş çəkib.
Vüqar Zeynalov apa-ya açıqlamasında bildirib ki, Badamdar qəsəbəsi ərazisində yerləşən sürüşmə zonasında yenidən aktivləşmə olub.
Hazırda araşdırma aparılır. Aidiyyəti qurumlar tərəfindən əlavə məlumat veriləcək.
Saat 10:30
Xəbərə fotolar əlavə edilib.
Saat 10: 11
Bakının Səbail rayonunda bir az əvvəl baş verən sürümə nəticəsində bir neçə gün əvvəl Badamdar şosesinin təmizlənən hissəsi yenidən torpaq altında qaldığı üçün bağlanıb.
apa-nın sürüşmə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb.
Saat 09:50
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib.
apa hadisə yerindən fotoları təqdim edir.
Xəbər yenilənəcək.