Bakıda 16 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Bakıda 16 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb
  • Hadisə

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.

    FHN-dən LEQAL.AZ-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

    Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər