Qəbələdə ötən ilin avqust ayının sonunda yaşadığı Böyük Əmirli kəndindəki evindən çıxaraq geri qayıtmayan 56 yaşlı Mahir Cənnətovun meyiti tapılıb.
LEQAL.AZ-ın məlumatına görə, onun meyiti Qəbələ şəhərinin dağlıq hissəsində çürümüş vəziyyətdə tapılıb.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırmalar aparılır.(report)