Cəbrayıl rayon sakinindən avtomat və patronlar aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş R.Cəfərovun yaşadığı evə baxış keçiriblər. Evdən “AKM” markalı avtomat, bir patron darağı və 27 patron aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.