Polis əməkdaşları paytaxt sakininin avtomobilində narkotik vasitə, tapança və patronlar aşkarlayıblar

Polis əməkdaşları paytaxt sakininin avtomobilində narkotik vasitə, tapança və patronlar aşkarlayıblar
  • Hadisə

  • Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatları davam etdirirlər.

    DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Useynov saxlanılıb.

    Şəxsi axtarış zamanı onda yeddi qramdan çox heroin aşkarlanıb.

    Davam etdirilən tədbirlər nəticəsində ona məxsus “Volkswagen” markalı avtomobilə baxış zamanı oradan 17 qrama yaxın heroin, nömrəsi silinmiş “Luger” markalı tapança və 27 patron götürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər