LEQAL.AZ yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə Hindistanın Odişa ştatında sərnişin daşıyan pikap tipli avtomobilin yol kənarındakı ağaca çırpılaraq aşması nəticəsində azı 9 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.
İlkin ehtimala əsasən, avtomobilin həmin yol üçün müəyyənləşdirilmiş sürət həddini keçməsi və nəticədə sürücünün idarəetməni itirməsi qəzaya səbəb olub.
Qeyd edək ki, Hindistanın Yol Nəqliyyatı və Magistral Yollar Nazirliyinin statistikasına əsasən, ölkədə yol-nəqliyyat hadisələri nəticəsində hər gün orta hesabla 415 nəfər ölür. Qəzalar daha çox avtomobillərə normadan artıq sərnişin minməsindən, yolların pis vəziyyətindən və sürücülərin nəqliyyat vasitələrini təhlükəli idarə etməsindən qaynaqlanır.