Türkiyənin Bursa vilayətində güclü qasırğa bir sıra fəsadlar törədib.
azərtac xəbər verir ki, qasırğa bəzi binaların dam örtüyünü uçurub. İlkin məlumata görə, vilayətdəki biznes mərkəzinin damı binanın qarşısında dayanmış 5 avtomobilin üstünə düşüb. Vilayətdə ümumilikdə 19 avtomobilə ciddi ziyan dəyib.
Əlverişsiz hava şəraiti davam edir. Əhaliyə hava şəraiti sabitləşənədək imkan daxilində evdən çıxmamaq tövsiyə olunub.