Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. İnsident şəhərin Babək küçəsində ötən axşam qeydə alınıb.
LEQAL.AZ xəbər verir ki, yolu keçmək istəyən şəhər sakini, 1984-cü il təvəllüdlü Mikayıl Əliyevi avtomobil vurub. Ağır bədən xəsarətləri alan M. Əliyev hadisə yerində keçinib.
Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə məhkəmə-tibb ekspertizasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.