1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zahir qızının meyiti su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda su kanalında aşkar edilmiş qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
LEQAL.AZ-ın məlumatına görə, müraciətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri əraziyə cəlb olunub və həyata keçirilən tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zahir qızının meyidi su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.