Sumqayıtda dəniz kənarında meyit tapılıb. Meyit bulvarın “Priçal” deyilən hissəsində aşkar olunub.
LEQAL.AZ xəbər verir ki, şəhər polis idarəsinin əməkdaşları meyiti tapılan şəxsin 1994-cü il təvəllüdlü Bayramov Qoşqar Ərşad oğlu olduğunu müəyyən ediblər. İlkin araşdırmalara görə, 27 yaşlı gəncin intihar etdiyi ehtimal olunur.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.